salamqadirzade.az - SALAM QƏDİRZADƏ. Məşhur Azərbaycan yazıçısı, dramaturq.

Description: Məşhur Azərbaycan yazıçısı, dramaturq.

roman (1547) azərbaycan (111) bakı (56) komediya (3) yazıçı (2) hekayə (2) povest (2) salam qədirzadə (1) məşhur (1) dramaturq (1)

Example domain paragraphs

Başqalarının kədərini, sevincini onlardan da artıq yaşamayan yazıçı sənətkar deyil.

Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.

1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdir.