otay-butay-vetendir.com - Şairin həyatı

Example domain paragraphs

Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cü illər arasında İstanbulun Mimar Sinan Güzəl Sanatlar Üniversitesində ali təhsil almışdır. 1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi

1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltacı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini,  tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgü

Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır.  Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.